Müstəqilliyin 102-ci səhifəsi

Müstəqilliyin 102-ci səhifəsi

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da hər zaman bu istəklə yaşamışdır. Tarixdə müxtəlif zamanlarda fərqli adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.Azərbaycan dövlətinin maraqlı tarixi keçmişi var. Əgər biz 1918-ci ilin yaz fəslində yaşasaydıq biz nələr görərdik? Bir Azərbaycanlı olaraq hansı problem ilə üzləşərdik?

Bu bilindik bir faktdır ki, o zamanlarda həyat sadə Bakı sakinləri üçün heç asan olmayıb çünki 1917-1918-ci illər arasında onlar vaxtı ilə 4 fərqli hökümət görüblər. 1918-ci ilin martında Bakının bəzi bölgələrinə od vurmuşlar və minlərlə insa ların həyat kitabını adətən bağlamışlar. O zamanlar isə Azərbaycan əhalisinin doxsan faizi, təhsil görməmiş insanlar kəndlərdə qalırmış. Muğan çölləri, Zaqatala və Qubada qalan kəndlilər onları Bakı sakinlərindən fərqli qılan bir həyat tərzi yaşayırdılar. Xüsusilə də xaos və qorxulu bir həyəcan dolu həmin günlərdə ucqar ərazilərin əhalisi çox vaxtları bir-birindən ayrı düşür və yerli problemləri ilə məşğul olmaq məcburiyyətində qalırdılar. İnsanlar 1917-ci ildə 2 kərə onlara qorxu gətirən eyni zamanda da onlara ümid verən inqilab görmüşdürlər. Fevral inqilabından sonra həyata keçən Oktyabr inqilabı isə köhnə imperiya sistemini tamamilə çökdürdü. Bundan sonra Rusiya İmperiya Ordusu sərhədlər və ön cəbhələrdən kənara çəkilib adətən yox olmuşlardır. Telefon və teleqram ilə əlaqə saxlamaq isə çox çətinlik törədməyə başlamışdı. Qatarların hərəkəti isə çox yavaşlamışdı. Bank xidmətləri qaydasında yoxlanılmır, rus əskinasına inam qalmamışdı. Vətəndaşların malları, mülkləri hətta həyatları belə böyük təhlükə altında idi. Daimi xarici hədə qorxusundan insanlar özlərini təhlükəsiz, rahat, azad hiss edə bilmirdilər. Bir yandan Qarabağda ermənilər ilə silahlı münaqişə bir yandan isə Gürcüstan ilə ərazi ixtilafı kənardan bizi çox sıxırdı. Şimalda isə Rusiya o vaxta qədər tarixlərinə qanlı yazı kimi qara hərflər ilə həkk olunmuş vətəndaş müharibəsini yaşayırdı. Rusiyadan qayıdan insanlar bir gün belə olsun yaxşı bir xəbər söyləmirdilər. Bu üstümüzə çökən o qara buludlu, dumanlı günlərə adətən göydə bir günəş kimi doğan bir idealist grupun bütün bu problemləri ələ alacağını kim bilə bilərdi ki?
Məhəmməd Əmin Rəsulzadə, Fətəli-xan Xoyski, Əlimərdan Topçubaşov, Əhməd bəy Ağaoğlu və digərləri 1918-ci ildə insanlara o nəfəsi, gücü, qüvvəti verib, Azərbaycanın o şanlı bayrağını dalğalandırdılar. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini və maddələrini özündə birləşdirən yeni dövlət və cəmiyyət olaraq bir önəmli nümunə idi və hələdə elədir ki var. Mənim fikrimcə Məhəmməd Əmin Rəsulzadənin dediyi və bizim də hər dəfəsində eşidərkən gözlərimizin belə dolduğu o cümləni indi, bu gün yüksəkdən deməyin tam vaxtıdır. Bir kərə yüksələn bayraq bir daha enməz.


Bütün Azərbaycan xalqını 28 May Respublika günü münasibətilə, Buta.ws komandası adından səmimi qəlbdən təbrik edirik.

Mədinə Vəliyeva

Mənbə: buta.ws