Qeyri-adi canlı – Beyni yoxdu, 720 cinsiyyəti var!

Qeyri-adi canlı – Beyni yoxdu, 720 cinsiyyəti var!

Elm adamlarının belə tam olaraq nə olduğunu təsbit edə bilmədikləri canlı hər kəsitəəccübləndirir.

Moderator.az xarici KİV-ə istinadla xəbər verir ki, Paris Zooparkı qeyri adi bir canlıya evsahibliyi edir. “Blom”, yəni “damla” adı verilən qəribə canlı daha çox bitkiyəbənzəsə də elm adamları əminliklə söyləyirlər ki, o, bitki deyil.

Sözügedən zooparkda sərgilənən “Blom” tək hüceyrəlidir və təbiətin sirlərindən biri hesab edilir. Qəribə canlının beyni olmasa da öyrənməqabiliyyətinin olması və özünü iki dəqiqə ərzində “sağalda bilməsi” təəccübdoğurur.

Canlının bitki olmadığını əminliklə söyləyən elm adamları onun “göbələklə heyvanarasında bir varlıq” olduğunu bildirirlər. Beyni, ağzı və gözü olmasa da 720cinsiyyəti olduğu məlumdur.

Paris Beynəlxalq Təbiət Tarixi Muzeyinin əməkdaşı Bruno Devid əsrarəngiz canlı haqqında bunları söyləyib:

“Əslində tam olaraq nə olduğunu bilmirik. Bu gün belə bir göbələk, yoxsa heyvan olduğunubilmirik. Bitki olmadığına əminik. Göbələklə heyvan arası bir varlıq kimidir.İki “Blom”u birləşdirdikdə biri öz “bilgilərini” dərhal digərinə ötürür. Beləcədigəri maneələri necə keçəcəyini anında bilir”.

Moderator.az

Mənbə: moderator.az