"Azərbaycan dövləti öz daxili imkanları hesabına koronavirusun zərərlərini minimallaşdıra bildi"

"Azərbaycan dövləti öz daxili imkanları hesabına koronavirusun zərərlərini minimallaşdıra bildi"

"Koronavirus pandemiyası bütün dünya ölkələri üçün gözlənilməz bir bəla oldu. Dünyanın ən inkişaf etmiş ölkələri belə bu xəstəliyin qarşısında aciz qaldılar. 100-dən artıq ölkənin kredit ayrılması üçün Beynəlxalq Valyuta Fonduna müraciət etməsi bunun göstəricisi idi. Bu, həm də onu göstərdi ki, pandemiya həqiqətən də ciddi qlobal kataklizmlərə səbəb olub. Azərbaycanda isə vəziyyət tamamilə nəzarət altında saxlanıldı".

Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli Prezident İlham Əliyevin "Signify" şirkətinin rəhbərliyi ilə videokonfrans formatında keçirilən görüşü zamanı işlətdiyi "Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik" ifadəsini şərh edərkən deyib.

O, dünyanın bir çox nəhəng dövlətlərini diz çökdürən koronavirus infeksiyasının Azərbaycanda az zərərlə müşahidə edilməsininin səbəbini Prezident İlham Əliyevin vəziyyəti şəxsən nəzarətdə saxlaması ilə əlaqələndirib:

"Azərbaycan dövləti öz daxili imkanları hesabına koronavirusun zərərlərini minimallaşdıra bildi. Bunu şərtləndirən ən böyük amil Azərbaycan Prezidentinin vəziyyəti şəxsən nəzarətdə saxlaması, məsələyə sistemli yanaşması idi. Ölkəmizdə koronavirusla mübarizə komleks xarakteri ilə seçilirdi. Bu baxımdan 3 əsas istiqamət diqqəti cəlb edirdi. 1. Vətəndaşların sağlamlığı; 2 aztəminatlı ailələrin dövlət hesabına vəsaitlə təmin olunması. 3. Koronavirusun ölkə iqtisadiyyatına zərərlrinin minimallaşdırılması.

Ölkə rəhbərliyi əhalinin sağlamlığı və təhlükəsizliyini hər şeyin fövqündə tutdu. Xüsusi karantin rejiminin tətbiq olunması bunu əyani olaraq sübut etdi. İqtisadi itkilərə baxmayaraq, xüsusi karantin rejiminin müddəti uzadıldı. Əhalinin sağlamlığı və xəstəliyə yoluxmaması üçün nə lazımdırsa, həyata keçirildi. Eyni zamanda, aztəminatlı ailələrə dövlət hesabına yardımlar edildi. Bu iki istiqamətə paralel olaraq, koronavirusun ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması təmin edildi".

Politoloq COVİD-19-un dövlətlə vətəndaş arasında sıx həmrəyliyi üzə çıxartdığını qeyd edib:

"Koronavirus həm də sınaqdır. Dövlətlərin iqtisadiyyatı sınağa çəkildi. Hansı ölkənin qlobal təhdidlərə qarşı daha güclü immunitetə sahib olduğu üzə çıxdı. Hansı ölkələrdə dövlətlə vətəndaş arasında sıx həmrəyliyin olması üzə çıxdı. Hansı ölkələrdə dövlət başçısının çağırışı ilə bütün əhalinin vahid bir məqsəd ətrafında birləşmək imkanına sahib olduğunu sübut etdi. Azərbaycan dövləti bu prosesdə həm insan amilinə yüksək dəyər verdiyini, həm ölkədə xalq-iqtidar birliyinin möhkəm təməllər üzərində qudulduğunu, həm də güclü və davamlı inkişaf edən iqtisadiyyata sahib olduğunu sübut etdi. Azərbaycan dövləti fors-major hallarda belə sənaye istehsalını təmin etməyə qadir olduğunu göstərdi. Əvvəlcə tibbi maska istehsal edən zavodun işə başlaması, daha sonra isə Sumqayıtda qoruyucu kombinezonlar istehsal edən müəssisənin fəaliyyətə başlaması bunu bir daha təsdiq etdi. Azərbaycan dövləti onu göstərdi ki, hər bir böhran həm də yeni bir imkandır".

Təhməz Təkin
Milli.Az

Mənbə: news.milli.az