Yoluxma sayı artdığı üçün şənbə-bazar çölə çıxma qadağası qoyula bilər - AÇIQLAMA

Yoluxma sayı artdığı üçün şənbə-bazar çölə çıxma qadağası qoyula bilər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi mayın 28-də Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son bir neçə həftə ölkə ərazisində koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma şənbə-bazar və bayram günləri müşahidə olunur. Azərbaycanda şənbə bazar günləri insanların çölə çıxmasına məhdudiyyətlər qoyula bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Operativ Qərargah vəziyyəti nəzarətdə saxlayır: "Əgər ehtiyac yaransa, bu addımı ata bilər. Hesab edirəm ki, bu məsələdə maarifçilik işlərinin bir faydası yoxdur. 19-20-ci əsrin maarifçiləri nə qədər əziyyət çəksələr də cəmiyyətdəki xurafatçılıq, cahilik bu günə kimi daşınıbsa maarifçilik işlərinin bir faydası yoxdur. Buna görə qanunun sərtləşməsinə ehtiyac var. Bütün hallarda məhdudiyyətləri qorumaq lazımdır. Çünki qoyulan qaydalara əməl edənlərin sayı çox azdır. Bu məsələnin həlli məhdudiyyətlərlə olmalıdır. Ona görə də ola bilsin ki, şənbə-bazar insanların çölə çıxmasına məhdudiyyətlər qoyula bilər".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az