İctimai yerlərdə koronavirusdan qorunmağın üsulları

İctimai yerlərdə koronavirusdan qorunmağın üsulları

Karantin rejimi qaydaları yumşaldıldıqdan sonra koronavirusa yoluxma halları azalmayıb.

Cebhe.info xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi Andrey Kondraxin "Veçernyaya Moskva" qəzetinə müsahibə verərkən deyib.

"İctimai yerlərdə koronavirusa yoluxmamaq üçün bir sıra üsullar var. Məsələn, kinoteatrlara getdikdə içki və "popkorn"-lardan imtina etmək lazımdır, tibbi maska və əlcəklərdən istifadə mütləqdir. Fitnes mərkəzlərinə getdikdə isə personaldan bütün idman alətlərinin dezinfeksiya edilməsi tələb edilməlidir. Həmçinin sosial məsafəyə diqqət yetirilməlidir", - deyə A.Kondraxin bildirib.

Alim həmçinin parfumeriya mağazalarını infeksiyanın mənbəyi hesab edib. Onun sözlərinə görə, ətir şüşələrinə hər kəsin əli dəyir, onların qoxusunu duymaq üçün insan dərindən nəfəs aldıda isə infeksiyaya yoluxmaq riski daha da artır. Kondraxin eyni zamanda gözəllik salonlarına gələn xanımlara tövsiyə edib ki, öz şəxsi kosmetik vasitələrini özləri ilə götürsünlər:

"Ustadan onlardan istifadə etməsini tələb etsinlər, tibbi maska taxmağı isə unutmaq olmaz", - deyə alim öz fikirlərini vurğulayıb.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info