Bakıda sürücü "protiv" yolda yüksək sürətlə hərəkət etdi – Təhlükəli anlar + VİDEO

Bakıda sürücü "protiv" yolda yüksək sürətlə hərəkət etdi – Təhlükəli anlar + VİDEO

May ayının 28-də Yasamal rayonundan “Sədərək” Ticarət Mərkəzi istiqamətində gedən yolda “Mercedes” markalı avtomobilin sürücüsü əks istiqamətdə yüksək sürətlə hərəkət edib və insanların həyatını təhlükəyə atıb.
Yeniavaz.com xəbər verir ki, bu istiqamətdə hərəkət edən sürücülərdən biri, həmin anları avtomobilindəki kamera vasitəsilə lentə alıb və sosial şəbəkələrdə paylaşıb. O təhlükəli anlar yaratmış sürücünün fotosunu və “Mercedes”in qeydiyyat nömrə nişanını da yayıb.

Həmin kadrları təqdim edirik:

 

Mənbə: www.yeniavaz.com