İran Rusiya olmadan da nüvə yanacağını təmin edə biləcəyini açıqladı

İran Rusiya olmadan da nüvə yanacağını təmin edə biləcəyini açıqladı

Easstnews.org-un verdiyi xəbrə görə, İran Rusiya olmadan nüvə yanacağı ilə özünü təmin edə biləcəyini açıqlayıb.

Bu sözləri İran Atom Enerjisi Təşkilatının rəsmisi Bəhruz Kamalvəndi deyib.
“Hər dəfə lazım olduqda yanacağımız Rusiyadan heç bir problem olmadan bizə gəlir. Yanacaq tükənsə, gələcəkdə başqa bir ölkəyə güvənmədən istehsal edə biləcəyik”, - deyə Bəhruz Kamalvəndi bildirib.

Xatırladaq ki, aprelin sonunda reaktorun daha uğurlu işləməsi üçün zəruri olan yeni nüvə yanacağı partiyası Rusiyadan Buşəhr ərazisinə çatdırılıb.

Mənbə: RİA

Mənbə: eastnews.org