Hindistan koronavirusdan ölənlərin sayına görə Çini geridə qoyub

Hindistan yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayına görə Çini geridə qoyub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Hindistanda yeni növ koronavirusdan ölənlərin sayı 4711 nəfərə çatıb.

Ölkədə indiyədək 165 mindən çox adam bu infeksiyaya yoluxub.

Qeyd edək ki, Hindistanda karantinin dördüncü mərhələsi artıq sona yaxınlaşır. Hökumətin hansı addımlar atacağı hələ bilinmir. Bəzi ekspertlər Hindistanda koronavirusa yoluxmanın pik həddə çatmadığını, bunun yalnız iyun və ya iyul ayında baş verəcəyini bildirir.

Rəsmi rəqəmlərə görə, Çində koronavirusdan 4638 nəfər vəfat edib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Tovuzda avtomobil yanıb - FOTO

SONRAKI XƏBƏR

Haftar qüvvələrinin hücumunda 3 dinc sakin yaralandı