Özbəkistanda koronavinusa yoluxanların sayı 3463-ə çatdı

Özbəkistanda koronavinusa yoluxanların sayı 3463-ə çatdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanda mayın 29-da saat 10: 00-dək qeydə alınan koronavirus hadisələrinin sayı 3463 (+19) təşkil edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstan ərazisindən keçən ağır yük maşını sürücüləri arasında Daşkənd və Sirdərya bölgəsinin hər birində iki yeni koronavirus hadisəsi aşkarlanıb.

Karantin mərkəzində olanlardan on beşi Şarjadan çarter reysi ilə, 3-ü Novosibirskdən gəlib. Qalan 2-si isə koronavirusa yoluxmuş insanlarla təmasda olub.

Hal-hazırda ölkədə 2694 nəfər koronavirusdan tam sağalıb, sağalma nisbəti 77% -dir.

KONKRET.az

Mənbə: konkret.az