Erməni əsgər “dedovşinanın” qurbanı olub

Erməni əsgər “dedovşinanın” qurbanı olub

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində baş verən nizamnamədən kənar münasibətlər zəminində törədilən növbəti cinayət faktı ortaya çıxıb. Bu dəfə döyülən gənc əsgəridir. Ordu.az xəbər verir ki, düşmən ordusunun Madagizdə yerləşdirilən bölmələrindən birində xidmət edən Davit Muşeqyan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.
Komandirləri tərəfindən şikayət etməməyə məcbur edilən əsgər taborun tibb məntəqəsinə yerləşdirilib.
Ordu.az

 

Mənbə: ordu.az