Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!

Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!

Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Axar.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Mənbə: axar.az