Yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər MİQ-də də iştirak edə bilərlər

Yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər MİQ-də də iştirak edə bilərlər

Yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlərin işə qəbul (MİQ) müsabiqəsində iştirak edib-etməyəcəyinə aydınlıq gətirilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, iş yerini dəyişən müəllimlərə işə qəbul müsabiqəsində iştirak etmək imkanı yaradılacaq.

Qeyd edək ki, iyunun 1-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 5 iyun saat 23:59-da başa çatacaq.

Mənbə: apa.az