Yevxaristiya yoluxma riskini artırır - FOTOLAR

Yevxaristiya yoluxma riskini artırır - FOTOLAR

Yunanıstanın ortodoks kilsələrində dini ayinlər zamanı ümumi qaşıqdan istifadə koronavirusa yoluxma riskini artırdığı üçün narahatlığa səbəb olub.

Səhiyyə ekspertləri bu cür ayinlərin son dərəcə təhlükəli olduğunu desələr də, kilsə rəhbərliyi iddialara qarşı çıxır.

Kilsəyə nəzarət edən hökumət qurumu Müqəddəs Sinod bildirib ki, ayinlər zamanı xəstəliyə yoluxmanın olacağını iddia etmək özü küfrdür.

Yevxaristiya – Rəbbin Süfrəsi kimi də tanınan bu ayin xristianlıqda ən mühüm müqəddəs mərasimlərdən biridir. Katolik, pravoslav və anqlikan kilsələrində İsa Məsihin möminlərlə birlikdə olmağını və möminlərin Onun qurbanında iştirakını ifadə edir. Təqdis edilmiş çörək və şərab bu ayində İsanın bədəni və qanının rəmzləri olaraq inananlara paylanır.

“Yunanıstan xalqı Yevxaristiya vasitəsi ilə virusa yoluxub yoluxmayacaqlarına özləri qərar verə bilərlər. Elmi əsaslarla baxdıqda yoluxma mümkündür. Əgər kimsə öz dini inancına görə Yevxaristiyadan imtina etmirsə, bu, onların seçimidir. Onların qarşısını almaq olmaz” – deyə Aristotel Universitetinin professor Simeon Metallidis bildirib.

Qeyd edək ki, Yunanıstanda 175 nəfər koronavirusdan vəfat edib. 1357 nəfər aktiv virus daşıyıcısıdır.

Rəhbərlik 17 mayda kilsə ziyarətinə qarşı qadağaları aradan qaldırdırdan sonra kilsələrə kütləvi axın başlayıb.

REAL

Mənbə: www.realtv.az