Atanın karantin dövründə qeyri-adi icadı - İngiltərədə

Atanın karantin dövründə qeyri-adi icadı - İngiltərədə

Koronavirusla mübarizə günlərində İngiltərədə Bredli Oriordan adlı gənc ata qızları evdə darıxmasın deyə maraqlı ideaya əl atıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı ata 3 və 11 yaşındakı qızlarını əyləndirmək üçün evdəki çəlləyi oyun maşınına çevirib. O, oyunun qızlar üçün daha da əyləncəli olması üçün çəlləyin kənarlarını işıqlarla bəzəyib, içinə oyuncaqlardan əlavə şokoladlar da qoyub. Çəlləyin kənarında isə “bir hədiyyə götür” işarəsi olan bəzək əlavə edilib. Bundan əlavə saxta nəzarət pultunun üzərində “pul daxil et” yazısı yazılıb.
Çəlləyin kənarına yerləşdirilmiş saxta nəzarət pultunu 11 yaşlı qızı Leysi idarə etdiyi vaxt, ata da kiçik qızı Parisi asta-asta yuxarıdan aşağıya doğru sallayıb. Bir az gözləmənin ardından ata yenidən qızcığazı aşağı sallayıb. Bu görüntü, Leysinin öz bacısını həqiqətən pultla idarə etməsi təəssüratı bağışlayıb. İkinci mərhələdə isə Bredli, Parisi yuxarı qaldırıb əlindəki oyuncağı kənara qoyması üçün şüşədən çıxarıb.

Mənbə: www.yeniavaz.com