Ukraynalı haker ABŞ-da 20 il həbs cəzası ala bilər

Ukraynalı haker ABŞ-da 20 il həbs cəzası ala bilər

ABŞ-ın Boston şəhərinin prokurorları Ukrayna vətəndaşı Vitali Antonenkoni maliyyə sektorundakı bir sıra kiberhücumlarda ittiham ediblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Amerikanın Forbes nəşri yayıb.

İstintaq iddia edir ki, Antonenko həmkarları ilə birlikdə bank kartlarındakı məlumatları internetdə satıb və alınan pulları kripto valyuta vasitəsilə “yuyub”.

Polis Antonenkonu 94 milyon dolların keçdiyi iki bitkoin cüzdanı ilə bağlayır. Həbs edilərkən hər iki cüzdanın içərisində 140 min dollardan çox bitkoin olub.

Antonenko ABŞ qanunlarına uyğun olaraq bu ittihamlarla 20 ilə qədər həbs cəzası və 500 min dollaradək cərimə ala bilər.

O, ABŞ polisi tərəfindən 2019-cu ilin mart ayında Ukraynadan Nyu-Yorka gəldikdən sonra tutulub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az