Minnesota qubernatoru CNN telekanalının reportyorunun tutulmasına görə üzr istədi

Minnesota qubernatoru CNN telekanalının reportyorunun tutulmasına görə üzr istədi

Minnesota qubernatoru Tim Wals Minneapolis iğtişaşlarını işıqlandırarkən CNN müxbirinin və heyətinin tutulmasına görə üzr istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə kanalın saytında bildirilib.

Qeyd olunur ki, CNN prezidenti Jeff Zucker hadisədən sonra Minnesota qubernatoru ilə danışıb.

Wals baş verənlərə görə “dərin üzr istəyib” və kanalın komandasını azad etmək üçün çalışdığını söyləyib.

Jurnalistlərin həbsini yolverilməz hesab etdiyini deyən CNN komandası və digər media qurumları açıq şəkildə etiraz etmək və baş verənləri işıqlandırmaq üçün cəsarət göstərdiklərini əlavə edib.

Daha əvvəl bildirilib ki, ABŞ-ın Minneapolis polisi canlı yayım zamanı CNN müxbiri Ömər Jimenezi həbs edib.

Minnesota ştatının Minneapolis şəhərində qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar kütləvi iğtişaşlar başlayıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az