Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? - REPORTAJ

Tarixi binaya qəsd, yoxsa milli tariximizə töhfə? - REPORTAJ

Son günlər bəzi mediaorqanlarında Qərbi Kaspi Universitetinin yerləşdiyi bina ilə bağlı müxtəlifiddialar səslənməkdədir. Bu iddialar arasında universitet rəhbərliyinin tarixi binada ciddikonsturksiya dəyişikliyi ilə müşahidə edilən tikinti işləri apardığı, binanın tarixi görünüşünə xələl gətirdiyi, habelə,sadə vətəndaşlara məxsus mənzilləri “ələ keçirdiyi” ilə bağlı fikirlər yeralır.

 

Bəs əslində necə, QərbiKaspi Universiteti ilə bağlı səslənən bu iddialarda həqiqət payı varmı? Bütünbu iddialara aydınlıq gətirmək üçün adıçəkilən universitetə baş çəkməyə, vəziyyətləyerindəcə tanış olmağa qərar verdik.

Universitetin Azərbaycan tarixi adına yenidənqazandırdığı bina...

 

Moderator.az olaraq QərbiKaspi Universitetinə səfər əsnasında ilk olaraq universitetin təsərrüfat işləriüzrə müdiri Etibar Əliyevlə söhbət etdik.

 

Universitetin yerləşdiyibinanın tarixi şəkilləri ilə müasir görünüşünü əks etdirən fotolarıbizə təqdimedən Etibar Əliyev fotofaktlar əsasında binanın 100 il əvvəlki görünüşü iləindiki görünüşü arasında heç bir fərq olmadığını ortaya qoydu. Bununla yanaşı,binada onun tarixiliyinə, ilkin görünüşünə xələl gətirməmək şərti ilə bir sıratəmir işlərinin aparıldığını vurğuladı:

“Qərbi KaspiUniversitetinin yerləşdiyi bina təxminən 100 il bundan öncə inşa edildiyi üçünbinanın təmirə, bərpa-möhkəmləndirmə işlərinə ehtiyacı var idi. Bu səbəblə dəbiz universitet olaraq 2002-ci il tarixində bütün əlaqədar qurumlara muraciətetdik, həmin qurumların icazəsi və razılığı əsasında və vəsaiti universitet ödəməkləelə həmin təşkilatlar tərəfindən bərpa-möhkəmləndirmə işlərinin aparılmasınanail olduq, binada bir sıra təmir işləri aparıldı, onun tarixi görkəmi tamsaxlanmaqla uçulub-dağılmaqdan qorundu. Təkcə bir faktı vurğulayım ki, 2002-ciilə qədər bütün binanın zirzəmisi (o cümlədən, yaşayış olan arxa tərəfdəkibitişik binanın zirzəmiləri daxil) çirkli, üfunətli sularla dolur, uçulub-dağılır,siçovulların artıb-çoxalması üçün “ideal məkan” rolunu oynayırdı. Universitetöz vəsaiti hesabına zirzəmidəki çirkab suları təmizlədi, qrunt sularının oradayenidən cəmləşməsinin qarşısını almaq üçün xüsusi motorlar yerləşdirdi. Hansıki, qrunt sularının səviyyəsi bəlli bir həddə çatanda həmin motorlar bu sularıkanalizasiya sisteminə yönəltməklə binanın özülünə su yığılmasının qarşısınıalır.

Vaxtiylə xəstəlik vəanti-sanitariya məskəni olan zirzəmidə bu gün universitetinin bufet-yeməkxanasıyerləşir. Bufetin divarlarını isə universitet tələbələrinin əl işləri –bir-birindən gözəl rəsm əsərləri bəzəyir”.

 

Etibar Əliyev müvafiq təşkilatlartərəfindən bərpa işləri çərçivəsində binanın bünövrəsinin xususikonstruksiyasının köməyi ilə bərkidildiyini, bununla da onun əhəmiyyətli dərəcədəmöhkəmləndirildiyini qeyd etdi:

 

“2002-ci ildə görülən işlərçərçivəsində binanın çöl fasadına ümumiyyətlə toxunulmayıb. Binanın içəri fasadının bünövrələri isə onun tarixi görünüşünə,memarlıq formasına xələl gətirilmədən xüsusi konstruksiya ilə möhkəmləndirilib.Nəticədə, yaşı bir əsrdən çox olan binanın dayanaqlılığı artırılıb, görülən işlərAzərbaycan tarixinin bir hissəsi olan binanı daha da uzunömürlü edib”.

“Yağmalama əməliyyatı”, yoxsa notarial qaydada gerçəkləşənalqı-satqı?

 

Bəzi media orqanlarında QərbiKaspi Universitetinin vətəndaşlara məxsus evləri ələ keçirməsi ilə bağlı əsassızmülahizələr yürüdüldüyünə diqqət çəkən Etibar Əliyev, bu barədə deyilənlərin sadəcəcəfəngiyyat olduğunu vurğuladı:

 

“Qərbi kaspiUniversitetinin binadakı bəzi ailələrin evinə əl qoyduğu, bu evləri ələ keçirməsiilə bağlı uydurma fikirlər də yer alır ki, bunlar da təbii ki, absurddur. Hər kəsəməlumdur ki, Azərbaycan hüquqi bir dövlətdir və bu dövlətdə hər hansı birqurumun və ya şəxsin başqasına malik əmlakı qeyri-qanuni şəkildə ələ keçirməsi,sadəcə və sadəcə,mümkün deyil.

Məlumat üçün qeyd edimki, universitetimiz 1995-1997-ci illərdə 8 ailənin evini onların öz müraciəti əsasındaalıb. Bu alqı-satqı notarial formada, qanuni alqı-satqı müqaviləsi əsasında həyatakeçirilib və bu müqavilələr bu gün də bizdədir. Bu ailələrin bizə müraciət etməsinəsəbəb isə onların mənzillərinin kommunalşəraiti olmayan, qeyri-standart, uyğunlaşdırılmış, darısqal və baxımsız vəziyyətdəolması idi. Buna görə də həmin ailələr evlərini universitetə satmaqla dahageniş və təmirli mənzillərə sahib olmaq istəyirdi. Bu təklif bizim dəmaraqlarımıza uyğun gəldiyi üçün onu dəyərləndirdik. 8 ev dəyəri ödənilməklə,qarşılıqlı razılıq əsasında universitetə satıldı. Universitet bu 8 ev xaricindəheç kimdən ev almayıb. Yəni ortada hər hansı ələ keçirmədən söhbət gedə bilməzvə bu, mümkün də deyil”.

 

Alan razı, satan razı, bəs narazılığa səbəb nədir?

 

Etibar Əliyev qeyd edirki, 8 evin universitet tərəfindən alınmasından sonra həmin binada məskunlaşan 3ailə də eyni təkliflə universitetə müraciət edib:

 

“Binada yaşayan daha 3ailə evlərini universitetə satmaq istədiklərini bildirdi. Lakin ehtiyac olmadığıüçün universitet həmin evlərin alınmasına maraq göstərmədi. Bundan başqa, evsahibləri ilə aparılan ümumi söhbətdən belə anlaşıldı ki, mənzil sahibləri evləriniolduqca yüksək qiymətə təklif edirlər. Məsələn, sahəsi 35-50 kvadrat metr olanev üçün 1 milyon vəsait tələb olunur ki, bu da yalnız bizim üçün deyil, Azərbaycanreallığı üçün fantastik rəqəmdir.

Başqa bir şikayetçisakin-xanım özünün ki,ik, he, bir normal şəraiti olmayan mənzilini dəfələrləuniversitetə təklif edərək, “Torqovi” küçəsində və ya
Sahil metrosunun yanindakı yeni binada 3-4 otaqlı evin alınıb, tam təmir edilməsinivə yetərincə yüksək məbləğin də üstündə verilməsini tələb edir. Bu səbəbdən dəuniversitet həmin evləri almaqdan imtina etdi. Məhz bundan sonra bu evlərinsakinləri universitetlə bağlı şikayətlər, ittihamlar səsləndirməyə başladı”.

Maraqlı daha bir məqamınşahidi olduq: şikayət edən sakinlərdən biri həyətin bir hissəsini, o cümlədənuniversitetin pəncərələrinin qarşısını zəbt edərək mənzilini genişləndirib.

 

Xahiş də onlarındır, narazılıq da: Universitet “şlaqbaummüəmması”na aydınlıq gətirdi...

 

Qərbi Kaspi Universitetiilə bağlı şikayətlərdən biri də universitetin binanın girişinə şlaqbaum qoymasıolub. Bu məsələyə də aydınlıq gətirən Etibar Əliyev binanın girişinə şlaqbaumqoyulması təklifinin məhz sakinlərin özlərindən gəldiyini bildirdi:

“Universitet binanıngirişinə şlaqbaumu məhz sakinlərin özünün xahişi əsasında quraşdırıb və bununüçün bütün gərəkli vəsait də məhz universitet tərəfindən ödənilib. Şlaqbaumqoyulandan sonra yenə də universitetin vəsaiti hesabına alınan pultlar bubinada yaşayan və avtomobili olan bütün sakinlərə ödənişsiz olaraq paylanılıb.

 

Şlaqbaum qoyulmamışdanöncə bu binada yaşamayan, həyətdən sadəcə dayanacaq kimi istifadə edən çoxlusayda sürücü burada avtomobil saxlayırdı ki, şlaqbaumun qoyulması ilə buproblem də ortadan qalxdı. Bundan sonra binanın həyətindən yalnız burada məskunlaşansakinlər istifadə etməyə başladı. Avtomobil sıxlığı və s. kimi narahatlıqlarason qoyuldu. Yəni şlaqbaumun qoyulması universitetlə paralel olaraq, burada məskunlaşanvətəndaşların da işini asanlaşdırdı. Odur ki, indi universiteti şlaqbaumqoymaqda ittiham etmək, bunu özfəaliyyət, yaxud sakinlərə hörmətsizlik,saymamazlıq kimi dəyərləndirmək, yumşaq desək,ədalətsiz yanaşmadır”.

 

“Universitetsakinlər üçün də az iş görməyib”

 

Məsələ ilə bağlı açıqlamaverən Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov dauniversitet haqqında səslənən ittihamların həqiqətə zidd olduğunu bildirib:

 

“Qərbi Kaspi Universitetihaqqında səslənən bu iddiaların heç bir əsası yoxdur və bu iddianı dilə gətirənlərdediklərini sübut edəcək hər hansı fakt təqdim edə bilməzlər. Çünki belə birfakt yoxdur. 8 ailədən satın alınan evlərə gəlincə, bunlar iddia edildiyi kimi,universitet rəhbərinin qohumlarının adına deyil, universitetin adına rəsmiləşdirilib,onun balansına daxil edilib. Sakinlər də universitetimizin həyata keçirdiyi təmir-bərpaişindən az fayda əldə etməyiblər. Nümunə üçün qeyd edim ki, 2002-ci ildəuniversitet binasının köhnədən qalan, qır çəkilən və keyfiyyət etibari iləömrünü başa vuran dam örtüyü müasir dam örtüyü ilə əvəz olunub ki, bu da sadəcəuniversitetin deyil, həmin sakinlərin damını da əhatə edirdi - Halbuki qonşuların yaşadığı bina universitet binası iləqapalı həyət təşkil edirsə də, arxa küçəyə baxan, bir o qədər də tarixi görkəmiolmayan bir binadır və onun damının universitet damına aidiyyəti yoxdur - nəticədə,yağışlı havalarda evlərə su dammasının qarşısını alındı, universitetlə yanaşı,sakinlərin də bu problemi həll olundu. Universitetin daxilindəki meydançayaasfalt örtüyü çəkildi ki, bu da həyəti daha baxımlı və abad etdi.

 

Bundan başqa, təmir işləri fonunda binanınsu-kanalizasiya sistemi yeniləndi ki, bu, sakinlərin də sözügedən xidmətlərdənyüksək keyfiyyətlə yararlanmasına şərait yaratdı. Bir sözlə, araşdırsanız görərsinizki, əslində universitet sakinlər üçün də az iş görməyib və görülən bütün bu işlərinhamısı universitetin öz vəsaiti hesabına reallaşıb. Bir sözlə, yazılarda qərəzli,sanki istədiyini ala bilməyən, universiteti bu qərəzlə təqib edən, faktları özmaraqlarına uyğun təhrif edən jurnalist üslubu açıq-aydın hiss olunur”.

 

“İndi gördüyünüz bu kitabxananın yerində uçmaqdaolan çardaq var idi ki...”

 

Mətbuat katibi 2002-ciildə aparılan təmir-bərpa işləri çərçivəsində binanın bərbad vəziyyətdə olançardaq hissəsinin də tarixi görünüşünə uyğun şəkildə bərpa edildiyini, oradakitabxana və sinif otaqları yaradıldığını bildirdi:

 

“18 il əvvəl aparılan təmir-bərpaişləri çərçivəsində universitet binasının uçmaqda olan çardağı da tamamilətarixi formasına uyğun şəkildə bərpa edildi. Həmin çardağın bir hissəsi isəsinif otaqları kimi tələblərimizin ixtiyarına verildi. Başqa sözlə desək, həmtarixi binanın görünüşü bərpa edildi, həm də təlim-tədris üçün daha əlverişli şəraityaradıldı.

Universitetin arxa həyəthissəsində, yaşayış olan binanın zirzəmisində vaxtı ilə Bakı Dövlət Universitetininarxivi yerləşib, BDU üçün yeni binalar tikiləndə, arxiv də köçdü və qanuni əsaslarlauniversitetimiz həmin zirzəmini alaraq orada da bərpa təmizlik işləri apardı vəkitabxana yerləşdirdi. Burda daim sakitlik hökm sürür, təmizlikdir, bu, başqa nəyinsəfəaliyyət göstərməsindən daha sakit şərait yaradır”.

 

“Burada tarixən inzibati idarə və qurumlar fəaliyyətgöstərib”

 

12 ildən çoxdur ki, universitetbinasının komendantı kimi çalışan Gülnarə Hüseynova da Qərbi Kaspi Universitetininapardığı təmir-bərpa işlərini xatırladı:

 

“Məlumat üçün qeyd edimki, hazırda binanın universitet yerləşən, təlim-tədris prosesinin aparıldığıhissəsi tarixən heç vaxt yaşayış yeri olmayıb. Yəni burada hər zaman inzibatiidarə və qurumlar yerləşib. Yazıldığı kimi, universitetdəki təlim-tədrisprosesinin onlara hər hansı formada maneçiliyi də yoxdur. Əksinə, universitetinhesabına bütün binanın kanalizasiya problemi həll edildi, su xətti yeniləndi.Bina və həyəti daha baxımlı və abad hal aldı”.

 

“Vaxtiyləbura siçovullarla dolu idi, indi isə...”

 

1997-ci ilə qədər sözügedənbinada məskunlaşan Fəridə Vəliyeva universitetin tarixi binanın qorunmasında,abadlaşmasında mühüm rol oynadığını təsdiqlədi:

 

“Mən 1997-ci ilə qədər bubinada yaşamışam. O zaman buralar olduqca pis vəziyyətdə idi. Zirzəmiyə çirkabsular yığışar, ətrafa üfunət qoxusu yayılardı. Vaxtiylə bura siçovullarla doluidi. Aparılan abadlıq işləri sayəsində bütün bu problemlər ortadan qalxdı. Bugün zirzəmidə tələbə-müəllim kontingentinin tələblərinə cavab verən bufet fəaliyyətgöstərir. Bina öz tarixi simasını bərpa edib. Buna görə də binanın tarixigörüntüsünün pozulması, onu görkəminə xələl gətirilməsi ilə bağl ıdeyilənlərlə əslarazı deyiləm”.

 

MİS rəisi: “Binanın qəzalıvəziyyətdə olması, tarixi görkəminin korlanması fikri ilə razı deyiləm”

 

Saytımıza açıqlama verən Bakışəhər Səbail rayonu 8 saylı mənzil istismar sahəsinin rəisi Faiq Qarayev binanın guya qəzalı vəziyyətdəolması ilə bağlı səslənən fikirlərin həqiqətə zidd olduğunu vurğuladı:

“Qərbi KaspiUniversitetinin yerləşdiyi tarixi binanın qəzalı vəziyyətdə olması ilə bağlı səslənənfikirlər tamamilə əsassızdır. Bina qəzalı vəziyyətdə deyil. Əsası 1905-ci ildəqoyulan üçmərtəbəli bu binada sovet dönəmində də təhsilə aid müəssisələr yerləşib.Əvvəllər binanın həyət tərəfdəki hissəsində Bakı Dövlət Universitetinin arxiviyerləşirdi. Etiraf etmək lazımdır ki, universitet bu binanın təmir edilməsi,abadlaşdırlması baxımından çox iş görüb. Binada, o cümlədən yaşayış olan arxabinanın qır çəkilən damı universitetin hesabına müasir dam örtüyü ilə əvəzlənib.Həyətdə bir sıra abadlıq işləri görülüb. Uçan pilləkən bərpa edilib. Binanın içərifasadında görülən işlər əlaqədar dövlət qurumları tərəfindən razılaşdırılıb vəbinanın tarixi görünüşünə, memarlıq quruluşuna uyğun şəkildə həyata keçirilib.Başqa sözlə desək, universitetin xidmətlərini, gördüyü işləri inkar etmək olmaz...Orada bəzi sakinlər evlərini çox baha qiymətə satmaq istəyirlər. Lakinuniversitet və digər qurumlar da həmin qiymətə bu mənzilləri almaq istəmirlər.Ona görə də sakinlər narazılıq edib, şikayətlənirlər...”

 

Fikirlər yanılda bilər, amma faktlar əsla...

 

Göründüyü kimi, QərbiKaspi Universitetində müşahidə etdiklərimiz universitetlıə bağlı səslənəniddiaların əsassız olduğunu sübut edir. Öz gördüyümüz, şahid olduğumuznüanslarla yanaşı, universitet rəhbərliyinin təqdim etdiyi çoxsaylı sənədlər,fotolar Qərbi Kaspi Universitetinin tarixi binaya qəsd etməsi, vətəndaşlarınevlərini qanunsuz ələ keçirməsi ilə bağlı iddiaların hər cür faktdan məhrum əsassızfikirlər olduğunu üzə çıxardı. Və gördüklərimiz bizi bir daha fikirlərə deyil,faktlara, sübutlara istinad etməyin vacibliyini xatırlatdı və bu məşhur həqiqətiyada saldı: “Fikirlər yanılda bilər, amma faktlar əsla...”

 

Sonda qeyd etməliyik ki,Qərbi Kaspi Universitetinin yerləşdiyi tarixi binada müvafiq dövlət təşkilatlarıtərəfindən universitetin vəsaiti hesabına həyata keçirdiyi bərpa və abadlıq işləribu binanın tarixiliyinə, ilkin-əzəli görünüşünə nəinki xələl gətirməyib, əksinə,bu binanı həqiqətən də xalqımıza yenidən qazandırıb. Çünki universitet tərəfindənbinanın bünövrəsinin möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülüb ki,bu da bir əsrdən çox yaşı olan binanın bundan sonra da bütün əzəməti ilə ayaqdaqalmasına, təhsil müəssisəsi kimi minlərlə gəncə elm və aydınlıq bəxş etməsinəimkan verəcək. Və biz tariximizin bir hissəsi olan bu binaya sahib çıxdığı, onuqoruduğu və möhkəmləndirdiyi üçün Qərbi Kaspi Universitetinə yalnız və yalnız təşəkküredə bilərik...

 

Seymur ƏLİYEV

Moderator.az

 

Mənbə: moderator.az