Koronadan sonra yeni epidemiya - Piylənmə

Koronadan sonra yeni epidemiya - Piylənmə

Genetik, psixoloji və ətraf mühit faktorlarının da yaranmasına səbəb olduğu piylənmə və artıq çəki problemi koronavirusla bağlı karantin günlərində daha da çoxaldı. Türkiyə və ABŞ həkimləri yeni dövrün epidemiyasının piylənmə olacağından ehtiyat edirlər. Dünyanın bir çox ölkələrində xəstəlik və avtomobil qəzalarından daha çox ölümə səbəb olan piylənmə bu günlərdə koronavirusun kölgəsində qalsa da, aktuallığını qorumaqdadır.

Bizimyol.info-nun məlumatına görə, bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə dövlət xəstəxanalarında piylənmə və artıq çəkiylə mübarizə çərçivəsində pulsuz xidmətlər göstərilir, ehtiyacı olan vətəndaşlara psixoloq dəstəyi də verilir.

Cərrah, professor Babək Tabandeh hesab edir ki,bu gün ertələdiyimiz xəstəlik sabah böyük bir problem olaraq qarşımıza çıxacaq. Lakin professor cərrahi metod olmadan da obezit xəstələrə yardım etməyin mümkün olduğunu deyirş

Sağlam və çoxyönlü qidalanma piylənmə ilə mübarizədə ilk addımdır. Bu alınan enerji miqdarını aşağı salır və qidanın piy şəklində toplanmasına mane olur. Dokdor Tabandeh mexaniki və hormonal müalicənin piylənmənin müalicəsində ən effektiv və uzunmüddətli yol olduğunu da vurğulayır.

“Koronavirusla bağlı stres və məyusluq kimi ruh halları orqanizmdə kortizol daxil bir çox stres hormonlarının səviyyəsini yüksəldir. Buna bağlı olaraq şəkərli, unlu, yağlı və yüksək kalorili qidalara qarşı iştah və tələbatımız artır. Orqanizm eyni anda özünü qorumaq üçün metobolizmanı yavaşladır.Yəni kortizol yüksəkdirsə az yeyib, idman etsək belə kilomuz sürətli artır.

 

Foto: Pixabay.com

Qida ilə əhatələnmiş modern və istehlakçı həyat, evdə uzun müddət yemək yeyrək oturaq həyat tərzi keçirmək əvvəl-axır piylənmə ilə nəticələnir.

Buna görə kilo atmağa qərar vermiş hər bir pasiyentə (piylənmə özlüyündə bir xəstəlik olduğu üçün pasiyent demək xəta deyil) ətrafındakılardan mütləq dəstək gəlməlidir. Çünki məhz çox zaman ətraf mühitin təsiri ilə piylənmədən müalicə olunmağa çalışan şəxslər müaliəni yarımçıq qoyurlar. Ona görə psixoloq yardımı alınmalıdır ki, xəstə müalicənin məqsəd və fəlsəfəsini qavrasın.

Bədən çəkisi azaldıqda, bədənin enerjiyə olan tələbatı da azalır. İtirilmiş çəkinin geri alınmamsı üçün həyat tərzində edilən bütün dəyişikliklər qalıcı olmalıdır

Dəyişikliklər tədricən aparılmalıdır. 1-2 dəyişiklikdən başlayıb daha sonra digərlərinə cəhd edilməlidir.

Kalorinin itirilmə prinsipləri:

Stabil yemək ritmi iştahanın tənzimlənməsində əsas yeri tutur (səhər yeməyi, nahar axşam yeməyi və ehtiyaca uyğun qəlyanaltılar).

Əsas məqsəd yağlı qidaların istifadəsini azaldıb, meyvə tərəvəzlərin qəbulunu artırmaqla, pəhrizin enerji dəyərinin artırılmasından ibarətdir.

Süd məhsulları yağsız olmalıdır, digər içkilər isə əsasən kalorisiz olmalıdır (su, şəkərsiz sərinləşdirici içkilər).

Spirtli içkilərin artıq qəbulu azaldılmalıdır.

Böyük porsiyalı qidalardan qaçınılmalıdır.

Kiçik gündəlik dəyişikliklər uzun müddət ərzində daha effektli təsirə malik olurlar.

Gündəlik üç yemək vərdişi qorunub saxlanılmalıdır; qəlyanaltılar yalnız ehtiyaca uyğun qəbul edilməlidir. Gündəlik enerjinin orta miqdarı 1700-2100 kCal (400-500 kkal), yüksək miqdarı isə 3300 kC (800 kkal)-yə qədər olmalıdır. Gündəlik zülal qəbulu ən azı 50 qram olmalıdır; bu, əksəriyyət üçün çox azdır; gündəlik pəhriz məhsulları ilə yanaşı təqribən 100 qram az yağlı ət və balıq məhsullarının qəbul edilməsiylə orqanizmin kifayət qədər zülal ilə təmin edilməsi məsləhət görülür ki, bu da, əlavə olaraq 20 qram zülal deməkdir. Əgər əsas müalicə vasitəsi tək başına gözlənilən nəticəni verməmişdirsə, həyat tərzində aparılan dəyişiklikləri dəstəkləmək üçün əlavə olaraq dərman preparatlarından da istifadə etmək olar. Piylənmə-əleyhinə dərman preparatları yalnız BKİ-si 30 kq/m2-dan yüksək olan şəxslərə təyin olunmalıdır”,- deyə doktor bildirib.

İlhamə Rəsulova

Mənbə: www.bizimyol.info