111 yaşlı rumıniyalı dünyanın ən yaşlı adamı seçildi

111 yaşlı rumıniyalı dünyanın ən yaşlı adamı seçildi

Buxarest sakini 111 yaşlı Dumitru Komanesku planetin ən yaşlı insanı olaraq tanınıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Gerontology Research Group” araşdırma qrupu məlumat verib.

Hal hazırda rumıniyalının yaşı 111 il 7 aydır. Kişiyə bu rekordu təsdiqləyən bir məktub verilib. Komenesku qeyd edib ki, rəsmi olaraq dünyanın ən yaşlı insanı olmaq onun üçün böyük şərəfdir.

2020-ci ilin əvvəlində Ginnesin Rekordlar Kitabına görə, üç nəfər bu iddianı irəli sürüb.

5 yanvar 1907-ci ildə anadan olan Kitsetsu Watanabe 2020-ci ilin yanvar ayında Yaponiyada vəfat edib. Bu günlərdə Britaniyada dünyanın ən yaşlı insanı, 29 mart 1908-ci ildə anadan olan Robert Waiton dünyasını dəyişib.

Dumitru Komaneskunun doğum tarixi 8 noyabr 1908-ci ildir.

Dumitru Komanesku kənd təsərrüfatı mühəndisi və fitopatoloq olub. Uşaqlarından əlavə onun üç nəvəsi və iki nəticəsi var.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az