Təhlükə mənbəyi: 11 nömrəli avtobus (VİDEO)

Təhlükə mənbəyi: 11 nömrəli avtobus (VİDEO)

Bəli vətəndaş məsuliyyətsizliyinin səbəb olduğu hər gün artan yoluxma faktı deməyə əsas verir ki, biganəlik infeksiyanın inkişafına birbaşa dəstəkdir.

Bir sözlə göz önündədir ölkədə avtobus parklarının yenilənməsi də, bunun fonunda itismar müdətini başa vurmuş və deformasiyaya uğramış avtobusların fəaliyyət göstərməsi də.

Bxmayaraq ki, BNA tərəfindən daşıyıcılara dəfələrlə avtobus parklarını yeniləmək barədə daşıyıcılara xəbərdarlıq edilib. Amma daşıyıcıların bu xəbərdarlığa məsuliyyətsiz yanaşmaları hələ də paytaxt yollarında istismar müddətini başa vurmuş nəqliyyat vasitələrinin hərəkətini görməyimizə səbəb olub.

Elə götürək haqqında danışdığımız 11 nömrəli müntəzəm avtobus xəttini. Heç bir dezinfeksiya və izolyasiya tədbirlərinin aparılmaması gün ərzində müntəzəm marşurut xətlərindən istifadə edən 25-30 min arası sərnişinin həyatını təhlükəyə atır.



Qeyd edək ki, analoji vəziyyət 24, 211, 49 və 67 nömrəli müntəzəm avtobus xətlərində də müşahidə edilir. Və növbəti həftələrdə vətəndaşların şikayəti əsasında sərnişindaşımanın keyfiyyətinin aşağı olduğu ərazilərdə fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə müsabiqəyə çıxarılaraq müasir konfortlu avtobuslarla əvəzlənəcək.

Mənbə: www.realtv.az