TƏBİB: Bu tarixdən sonra ölkə daxilində daxili uçuşların bərpası gözlənilir

Bakı. İlhamə İsabalayeva – Trend:

İyunun 8-dən sonra ölkə daxilində daxili uçuşların bərpası gözlənilir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, istər daxili, istər beynəlxalq ucuşların sayında azalma olacaq. Təyyarələrdə sərnişinlərin sayında azalma olacaq. Bu da təyyarə sərnişinlərinin və ekipajın təhıükəsizliyinin qorunması üçündür.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Balakəndə yaş barama tədarükünə başlanılıb

SONRAKI XƏBƏR

ABŞ-a məxsus 2 təyyarəyə Türkiyə tərəfindən yanacaq dəstəyi verilib