ŞAD XƏBƏR: "BİNƏ" VƏ "SƏDƏRƏK"DƏ AÇILIR

ŞAD XƏBƏR: "BİNƏ" VƏ "SƏDƏRƏK"DƏ AÇILIR

"Binə" və "Sədərək" ticarət mərkəzləri iyunun 1-i, saat 00:00-dan fəaliyyətini bərpa edir.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
TƏBİB sədri bildirib ki, fəaliyyətin bərpa olunması qaydaların pozuntusuna dəlalət etməməlidir: "Sədərək və Binə ticarət mərkəzlərində çalışanlar və alış-veriş edənlər qaydalara ciddi əməl etməlidirlər. Xüsusi cərimələrin tətbiqi bu ünvanlara da şamil ediləcək".

Mənbə: news24.az