TƏBİB: Asimptomatik xəstələrin evdə müalicəsi barədə sənəd hazırlanıb

TƏBİB: Asimptomatik xəstələrin evdə müalicəsi barədə sənəd hazırlanıb

“Çimərlik, akvaparklarla bağlı qaydalar tibbi-metodik göstərişlərdə əksini tapıb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, fərdi sahibkarlıq subyektləri qaydalara riayət edilməməklə bağlı ciddi cərimələr nəzərdə tutulur: “Xaricdə bu qaydalara riayət edilməməsi ilə bağlı ciddi cərimələr nəzərdə tutulur. Biz də tibbi bölgə olaraq ciddi cərimələrin tətbiqinin tərəfdarıyıq”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, yayda kombinezon və qoruyucu vasitələrdə olan həkimlərin hansı əziyyətlə üzləşdiyini təsəvvür etmək çətin deyil: “Biz artıq asimptomatik xəstələrin evdə müalicəsi barədə sənəd də hazırlamışıq. İndiyə qədər asimptomatik hallarla bağlı xəstələr də xəstəxanalarda müalicə edilir. Ancaq xəstəxanaların doluluq səviyyəsi artır. Gələcəkdə zərurətdən doğaraq bu qaydanı tətbiq etsək, qaydaları pozan asimptomatik xəstələrə ciddi cəza və cərimələrin tətbiqi də gündəmə gələ bilər”.

Mənbə: apa.az