"Gəlin sizi güləş zalında başa salım" - Firdovsi Umudovdan təxribata növbəti cavab (VİDEO)

"Gəlin sizi güləş zalında başa salım" - Firdovsi Umudovdan təxribata növbəti cavab (VİDEO)

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudova qarşı növbəti dəfə təxribata əl atılıb.

Unikal.org xəbər verir ki, F.Umudov barəsində yazılanlarla bağlı "RealTv"də açıqlama verib.
Federasiya rəsmisi bu cür halların ilk dəfə baş vermədiyini qeyd edib.
Umudov bildirib ki, "5-ci kalon"a xidmət edənlər ölkənin pandemiya ilə mübarizə apardığı dövürdə belə bir qarayaxma kompaniyasına əl atırlar:
"Bizim ölkəmizdə şah qanun deyil, qanun şahdır. Ölkəmizin qanunları var.

Bəzən bizi öz oxumuzdan çıxarıb, pravakasiyaya çəkmək istəyənlər olur, ancaq onlar öz niyyətlərinə çata bilməyəcəklər.
Bu cür təxribata əl atanları güləş zalımıza dəvət edirəm. Gəlin sizi zalımızda başa salım.
Qohumlarla, yaxınlarla insanları ləkələmək istəyirlər.

Amma anlamalıdırlar ki, hansısa bir əməl törədən şəxs qanun qarşısında cavab verməlidir".
F.Umudov ona dəstək olan şəxslərə və mətbu orqanların üzlərinə öz təşəkkürünü də bildirib.

Mənbə: www.unikal.org