TƏBİB sədri: "Koronavirusla bağlı ağırlaşmaların bir çoxu bu halla bağlıdır"

“Bizi narahat edən digər məqam evdə müalicəyə cəhddir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, koronavirusla bağlı ağırlaşmaların bir çoxu bu halla bağlıdır.

O bildirib ki, xaricdən gələn 800-ə yaxın vətəndaşımız hazırda karantindədir: "Hazırda dünyada virusun nə vaxt yox olacağı tarix bilinmir. Təssüflər olsun ki, insanlarımızın bu virusa inanmaması, məsuliyyətsiz yanaşması davam edir. Ancaq ölkəmizdə epidemioloji vəziyyət sabitdir. Biz məhz buna güvənərək sərtləşmə yox, yumşalma ilə bağıl qərarlar açıqlayırıq. Virusla mübarizənin nə qədər davam edəcəyini bilmədiyimiz üçün qaydalara riayət etməliyik. Həyati riskləri nəzərə alsaq, imtina edəcəyimiz şeylər o qədər də çox deyil. Maskadan istfiadə etmək, sosial məsafəni saxlamaq laxzımdır”.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bu gün Əməkdar artistin doğum günüdür

SONRAKI XƏBƏR

Koronavirusa qarşı məhdudiyyətlər Finlandiyada işsizlərin sayını ikiqat artırıb