Rayonlara gediş-gəlişin bərpası ilə bağlı AÇIQLAMA

Rayonlara gediş-gəlişin bərpası ilə bağlı AÇIQLAMA

Rayonlara gediş-gəlişin bərpası yoluxmanın səviyyəsindən asılıdır. Son günlər yoluxma səviyyəsinin artması bu məsələlərə konservativ yanaşma tələb edir. Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, sərbəstlik artdıqca, yoluxma sayı da artır.

"Narıncı zonada yoluxma artıb. Gediş-gəlişin intensivliyi artarsa, sarı zonada da artıma səbəb ola bilər. Hələlik bu məsələni bu mərhələdə saxlamağa çalışırıq".

Aytən Zəhra
Azvision.az

Mənbə: azvision.az