Rayonlara gediş-gəlişin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

Rayonlara gediş-gəlişin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA

Bakı. Samir Əli - Trend:

Son günlərdə yoluxma səviyyəsinin artması rayonlara gediş-gəlişdə qadağanın aradan götürülməsinə şərait yaratmır.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hələlik bu qadağa qüvvədə qalmaqdadır: "Koronavirusa yoluxma halları artdığından bu qadağanın götürülməsi riski artırır. Ona görə də, hələ ki, sarı zonadan narıncı zonaya gediş-gəlişə qadağa aradan götürülməyib".

Mənbə: az.trend.az