Xaricə gedənlər üçün test pulsuz olacaq? - HÖKUMƏT

Xaricə gedənlər üçün test pulsuz olacaq? - HÖKUMƏT

“Xaricə gedib-gələnlərin koronavirus testindən keçirilməsi məsələsi hələ açıqdır. Bu məsələ artıq tam həll olunduqdan sonra testlərin pullu və ya pulsuz olması barədə qərar verilə bilər”.

Cebhe.info xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, məsələ hökumətlərarası səviyyədə həll olunacaq. Testin ödənişli olub-olmamasına da bundan sonra baxılacaq.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info