Bu həftənin ötən günləri ərzində koronavirusdan 518 nəfər sağalıb, 9 nəfər vəfat edib

Bu həftənin ötən günləri ərzində koronavirusdan 518 nəfər sağalıb, 9 nəfər vəfat edib

Bakı, 29 may, AZƏRTAC

Ötən həftə 592 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib. Bu həftənin ötən günləri ərzində koronavirusdan 518 nəfər sağalıb, 9 nəfər vəfat edib.

AZƏRTAC xəbər verir ki, bunu mayın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, son günlər yoluxanların sayı sağalanların sayını üstələyir. Virusa yoluxanların sayı artsa da, ölüm hallarında ciddi artım müşahidə edilmir

Mənbə: azertag.az