İsmayıllıda avtomobil ağaca çırpıldı: Yaralılar var - VİDEO

İsmayıllıda avtomobil ağaca çırpıldı: Yaralılar var - VİDEO

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza zamanı “Hyundai” markalı avtomobil ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan iki nəfər ağır xəsarət alıb.

Şahidlərin sözlərinə görə, qəzaya avtomobilin təkərində yaranmış nasazlıq səbəb olub.

Mənbə: www.oxu.az