Bakıda binanın zirzəmisinə dolan çirkab suları təmizləndi - FOTO

Bakıda binanın zirzəmisinə dolan çirkab suları təmizləndi - FOTO

Bakıda Xətai rayonu, Babək prospekti, 90 ünvanında yerləşən doqquzmərtəbəli binanın zirzəmisinə dolan çirkab suları ilə bağlı məlumat vermişdik.

Oxu.Az xəbər verir ki, problem işıqlandırıldıqdan sonra sözügedən ünvanda qeydə alınan problem öz həllini tapıb.

Vətəndaşın sözlərinə görə, Xətai rayonu üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyininin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilib.

Qurumun əməkdaşları tərəfindən binanın zirzəmisində partlamış kanalizasiya borularından axan çirkab suları təmizlənib.

Eləcə də, “Azərsu” ASC-nin Xətai Rayon Su-kanal İdarəsi tərəfindən köhnə və partlamış kanalizasiya boruları yeniləri ilə əvəz olunub.

Könül Cəfərli

Mənbə: www.oxu.az