ABŞ-da etirazçılar bank binasını yandırdılar

ABŞ-da etirazçılar bank binasını yandırdılar

ABŞ-ın Minneapolis şəhərində etirazçılar mağazaları dağıdıb və "Wells Fargo" Bankının binasını yandırıblar. Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yandırılan bank binası polis bölməsinin qarşısında yerləşir.
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində artıq üçüncü gündür ki, Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə əlaqədar etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları ABŞ-da polis özbaşınalığına son qoyulmasını və irqi ayrı-seçkiliyin aradan qaldırılmasını tələb edirlər.
Hazırda etirazlar ölkənin bir çox şəhərlərində davam edir.
Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az