Tutya insanlar – Züleyxa NADİR yazır

Tutya insanlar – Züleyxa NADİR yazır

Züleyxa Nadirdən xüsusi olaraq ONN media üçün.

Bir neçə il əvvəl saytlardan birində oxudum ki, qardaş Türkiyədə bir nəfər imkanlı şəxs Ramazan günlərində 3 dükanın “borc dəftəri”ni satın alıb, yəni dükanlara borclu insanların pulunu ödəyib. Düşünmüşdüm ki, görəsən bizdə də belə bir insan çıxıb bu cür comərdlik nümunəsi göstərə bilərmi? Bu günlərdə bizdə də belə insanın olduğunu öyrəndim. Bakıda xeyirxah bir insan sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. Adını və kimliyini bildirməyən həmin şəxs bu hərəkəti Ramazan bayramı münasibətilə etdiyini söyləyib. O, borcunu ödədiyi mağazalardakı “nisyə dəftər”lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb.

Nə gözəl!Demək ki, dünya yaxşılardan xali deyil. Həmin yaxşılar azərbaycanlı olanda,xeyirxah addımlar atanda isə adamın ürəyi dağa dönür. Onlar başqalarından fərqlənirlər.Bu fərqli insanlar nümunəolur, əliaçıqlığı, səxavəti, humanistliyi və xeyirxahlığı ilə yaxşılığınfövqündə dayanırlar. Onlar hər zaman cəmiyyətinsosial bərabərsizliyində bir tarazlıq yaratmaq istəyirlər. Arzuların,ideyaların satın alındığı, hər şeyin pulla qiymətləndirildiyi, insan həyatınınnormal davam etməsi üçün pulun ən böyük və ən əsas vasitə olduğu bir zamanda,eləcə də şəxsi mənfəətini hər şeydən, hər kəsdən üsütn tutan insanların olduğubir dünyada xeyirxah insanlar tutya kimidirlər. Allah bu cür insanları bütündövrlərdə insanlar üçün yaxşılıq, xeyirxahlıq mücəssəməsi olaraq göndərir.

Xeyirxah insan təfəkküründə, xarakterində, digər hiss və düşüncələrində, eləcə də çevrəsindəkilərlədavranışında bir şəfqət, mərhəmət, ehtiyacı olana təmənnasız kömək etmək kimiali keyfiyyətlərə malikolur. Bu köməklikəsasən əhalinin zəif sosial təbəqəsini özündə əks etdirən aztəminatlı ailələrə,kimsəsizlərə yönəldilir.

Bu gün ölkədə onlarla oliqarx, yüzlərlə milyonçu məmur, biznesmen var və onları hamı tanıyır. Amma bu şəxslərin öz sərvətindən ehtiyacı olanlara, gündəlik dolanışığa, lap elə bir tikə çörəyə möhtac insanlara yardım etdikləri görünmür. Milyonlarla manat sərvət toplayan bu insanlar, sanki, azərbaycanlı deyil, qazandıqları bu xalqın yeraltı və yerüstü sərvətləri hesabına olmayıb. Bəlkə də elə hesab edirlər ki, dəyəri milyonlarla ölçülən var-dövlətləri göydən düşüb, havayı başa gəlib. “Ruzinizi verən zaman bəzinizi bəzinizdən üstün tutar Allah. Ruzisi çox düşənlər bu ruzidən verməyirlər əlləri altında olan kəslərə. Yoxsa ki, ruzisini almaqda hamı birdir” (Nəhl surəsi, ayə 71). Məncə, şərhə gərək yoxdu.

Azərbaycandasosial bərabərliyi aradan qaldırmaq dövlətin borcudur və bu sahədə görülən işləri, həyata keçirilən tədbirləri danmaq olmaz. Amma bəzən butədbirlər gözlənilən effekti vermir – məhz həmin oliqarxlara, məmurlara görə. Çünki onlar dövlətə dəstək vermək əvəzinə sosial bərabərlik yönümündə ayrılan vəsaitə də gözdikir, nə cür olur-olsun ələ keçirməyə cəhd edirlər. Bu səbəbdən də dövlətin buişi ictimai dəstək qazana bilmir.

DövlətTəhlükəsizlik Xidməti tərəfindən saxlanılan icra başçılarının, Dövlət SərhədXidmətinin vəzifəli şəxslərinin, Mədəniyyət Nazirliyinin səlahiyyətlirəhbərlərinin təkcə vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, dövlət vəsaitini mənimsəmək, külli miqdarda rüşvətalmaqla gözləri doymumuş. Onlarutanmadan karonavirus pandemiyasından əziyyət çəkən insanlara dövlətin vəayrı-ayrı şəxslərin göstərdiyi yardıma da əl uzadıblar. Allahdan qorxmayan,vicdanlarını ititrən, əxlaqı, qeyrəti pul-parada görən bu adamlara DTX yaxşı “dərs verdi”.

Hələ bir neçə iləvvəl prezident İlham Əliyev regionların inkişafı ilə bağlı müşavirələrinbirində belə bir fikir söyləmişdi: “Bu günAzərbaycanda çox böyük, regional, yəni, transmilli mahiyyət daşıyan şirkətlərin böyükdövriyyələri, böyük kapitalı vardır. Mən bunu ancaq alqışlayıram. Yənibiznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı hesab edirəmki, həm iş adamlarına mənəvi bir qida verəcək, həm də ölkəmizin inkişafınasəbəb olacaq… Bu işlər, əlbəttə ki, məcburixarakter daşıya bilməz. Ancaq mən hesab edirəm ki, imkanlı firmalar, şirkətlər,iş adamları ağır vəziyyətdə yaşayanlara əl uzatsalar yaxşı olar”.

Ölkəbaşçısı bundan artıq daha nə deməlidi? Yaxud da hansı vasitə ilə təzyiqgöstərməlidir ki, bunların canına isti keçsin? Amma yox, həttabu təzyiq mexanizmi işə salınsa belə yenə də hər hansı bir yolla aradan çıxacaqlar. Sərvətini qorumaq yolunda canlarını belə verməyəhazır olan bu adamlar unudurlar ki, topladıqları var-dövləti özləri ilə odünyaya aparmayacaqlar. Burda qalacaq, bəlkə də heç övladlarına belə qismətolmayacaq. Bu gün həbsxana divarları arasında günlərini sayan necə-necəməmurun, oliqarxın taleyi bunu sübutedir. Belə aqibət qarşıda hələneçələrini də gözləyir…

Pul nə üçündür? Xərcləmək üçün qazanılmırmı? Amma özünə çatacaq qədərini xərcləyəndə əsil insan kimi yaşayırsan, qorxu-hürkü hissi səni təqib etmir. Rahat yataraq yuxudan gümrah oyana bilirsən. Bəlkə də imkanlı, varlı-pullu insanlar pullarını xərcləməyin mexanizmini bilmirlər. Gəlirlərini hara yönəltməyi, necə istiqamətləndirməyi düşünən ağılları da o qədər çox deyil. Ağıllı olsalar maliyyə menecerlərinə müraciət edə bilərlər. Amma bilmirəm Azərbaycanda belə bir peşə varmı, yoxmu? Ölkədə kifayət qədər savadlı, bacarıqlı, intellektli gənc var. Əgər yoxdursa, belə bir institut təsis edib, həmin gəncləri cəlb etmək lazımdı. Onlar milyonçulara həm halal pul qazanmağı, həm pullarını normal insan kimi xərcləməyi öyrədər, həm də xeyriyyəçilik yolunda addım atmalarına kömək edərlər.

Mal-mülk, dəyəri hesaba gəlməyən sərvət, çoxlu pul insana xoşbəxtlikdənçox bədbəxtlik gətirir. Bu bədbəxtlik Şərq nağıllarında qızıl ilanın yer altında qaş-daş üstündəyatması ilə ifadə olunub. Acgöz, sərvət hərisi olan birisi bu ilana toxunsa öləcək.Bu gün bizdə biznesmen, yaxud da məmur-oliqarxlar ən yaxşı halda müğənnilərəsponsorluq edir və bununla bir qədər vicdanlarını rahatlaya bilirlər. Halbukibu işin də adı yaxşı səslənmir. Deyirlər ki, filan məmur, yaxud da filan biznesmen filan müğənnini saxlayır. Buda nə o məmura, nə də o müğənniyə başucalığı gətirmir.

Gün gəlir ki, Allah insana topladığı sərvətini, kimsəyə qıymadığı var-dövlətini xərcləmək üçün bəla göndərir. Bu gün dünyanı çənginə alan koronavirus pandemiyası çətinliklə ram edilən bəladı. Bəlkə də bir sınaqdı, imtahandı. Məlum oldu ki, dünyanın çox hissəsi bu sınağa hazır deyilmiş. İmtahandan kəsilənlər, sınaqdan keçə bilməyənlər oldu. Hələ də imtahan qarşısında aciz qalanlar var. Amma imtahandan yüksək bal toplayanları da hər kəs gördü. Azərbaycan bu imtahandan üzüağ çıxdı. Koronavirus bəlası Avropanın nəhəng dövlətləri ilə müqayisədə bizim ölkəmizdə tüğyan edib qarşısına çıxanı çənginə ala bilmədi. Pandemiya ilə müharibədə prezident İlham Əliyevin birbaşa nəzarəti və təşəbbüsü ilə atılan addımlar demək olar ki, bir nümunə oldu. Dünyanın nüfuzlu mətbuat orqanları Azərbaycan təcrübəsindən yazmağa başladı.

Bu nümunəninvə təcrübənin əldə ediləməsində dövlətlə yanaşı sıravi insanlar, xeyirxah şəxslərdə təkan verdilər. Həmin günlərdə əhalinin yoxsul təbəqəsinə göstərilənyardımlar hələ uzun müddət danışılacaq. (Bu, ayrı bir mövzudu). Amma işsiz qalıb, evinə çörək aparabilməyənlərin qapısını döyənlər, ozü görünməsə də yardım göndərənlər tutya kimiinsanlardı.

Sulutəpədəki“nisyə dəftər”lərini nağd pula satın alan İNSAN bu günlərin ən dəyərlitutyasıdı…

Mənbə: onn.az