Koronavirus silahlanmanı azaldacaq - SİPRİ

Koronavirus silahlanmanı azaldacaq - SİPRİ

Koronavirus pandemiyası şəraitində silahlanma üçün xərclər yaxın iki ildə azalacaq.

Axar.az xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqatı İnstitutunun direktoru Den Smit deyib. O bununla belə xərclərin qəfil azalmayacağını bildirib:

“2019-cu ildə silahlanma üçün xərclər 1,9 trilyon dollar təşkil edib. Bu, rekord göstəricidir. 2020-2021-ci illərdə xərclərin azalmasını gözləmək lazımdır. Bu azalmanın nə qədər çox olacağını söyləmək çox çətindir. Təəssüf ki, xərclərin kəskin azalması üçün heç bir bəhanə yoxdur”.

Mənbə: axar.az