Kollec məzunları bu il də universitetə imtahansız qəbul olunacaq? - DİM rəsmisi açıqladı

Kollec məzunları bu il də universitetə imtahansız qəbul olunacaq? - DİM rəsmisi açıqladı

Pandemiyaya görə ali təhsil müəssisələrinə qəbul imtahanlarında edilən dəyişikliklər abituriyentlərdə xeyli sual yaradıb.

Ən çox verilən suallar isə subbakalavrların, yəni kollec məzunlarının universitetlərə qəbulu ilə bağlıdır.

Bu il də kollec məzunları ali təhsil müəssisələrinə imtahansız qəbul olunacaqlar?

TED.az xəbər verir ki, bu il də kollec məzunlarının ali təhsil müəssisələrinə qəbulu imtahansız həyata keçiriləcək. Bu barədə TED.az-a Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommersiya sektorunun müdiri Xanlar Xanlarzadə məlumat verib.

O bildirib ki, artıq DİM məsələ ilə bağlı rəsmi məlumat yayımlayıb: "Sənəd qəbulu 1-15 iyun tarixlərində olacaq. Bunun üçün subbakalavrlar yalnız sənəd qəbulunda iştirak etməli, daha sonra ixtisas seçimi müsabiqəsinə qatılmalıdırlar".

Kollec məzmununun ixtisas seçimi müsabiqəsində neçə balla iştirak edəcəyinə gəlincə isə X.Xanlarzadə qeyd edib ki, onlara verilən ballar bu il dəyişə bilər. Bu, hələ konkret müəyyənləşməyib.

Qeyd edək ki, ötən il I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edib.

Mənbə: ted.az