Çindən Melburna gedən 40 konteyner tibbi maska yüklənmiş gəmi okeanda batdı...

Çindən Melburna gedən 40 konteyner tibbi maska yüklənmiş gəmi okeanda batdı...

Moderator.az Daily Mail-ə istinadən xəbər verir ki, on minlərlə tibbi maskanı okean dalğaları, Avstraliyanın çimərliklərinə çıxarıb. Bu, Çindən Melburna gedən “APL England” gəmisi tərəfindən tibbi maska yükünün okeanda batması nəticəsində baş verib.

Qəza Sidneydən o qədər də uzaq olmayan sahədə olub, dalğaların yaratdığı silkələnmə nəticəsində yük gəmisindəki tikinti materialları, məişət texnikası və tibbi ləvazimatlarla dolu olan 40 konteyner batıb.

Ancaq bir neçə maska ilə dolu konteyner sahilə çıxıb.Suda maskalar o qədər çox olub ki, Sidney hakimiyyəti hətta bir neçə çimərliyi bağlamağa məcbur olub.

Avstraliyalılardan maskalara toxunmamaları xahiş olunub və çimərlikləri təmizləyən xilasedicilərə bu barədə məlumat verilib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bütün dünyada birdəfəlik tibbi maskalara tələbat kəskin artmışdır. Bununla belə, bu cür qoruyucu vasitələrin istifadəsi ətraf mühitə ciddi ziyan vurur, çünki maskalar əsasən sintetik materiallardan hazırlanır və onlar çürüyənədək bir neçə il ərzində torpaqda qalacaqdır.

Bəzi ölkələrdə sahil artıq istifadə olunan birdəfəlik maskalarla doludur, bu da dəniz heyvanları üçün xüsusilə təhlükəlidir, çünki maskalar toxunmamış sintetik materiallardan hazırlanır və dəniz heyvanları onları yemək üçün istifadə edirlər.

Mənbə: moderator.az