Ardıcıl qayda pozuntularına yol verən “Prado” sürücüsü - VİDEO

Ardıcıl qayda pozuntularına yol verən “Prado” sürücüsü - VİDEO

“Toyota Prado” sürücüsü Maştağa qəsəbəsi ərazisində ardıcıl qayda pozuntularına yol verib.
YPX.AZ xəbər verir ki, qəsabə ərazisindən keçən yol ilə hərəkət edən 90 OL 707 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü, əvvəlcə yolun sol kənar zolağından anidən sağ zolağa doğru manevr etmək istəyib və bu zaman həmin zolaqda hərəkətdə olan nəqliyyat vasitəsini sıxışdıraraq ona təhlükə yaradıb. Daha sonra isə qarşıda olan svetoforun qırmızı işığında dayanmamaq üçün 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks yola çıxmaqla svetoforun qırmızı işığında yoluna davam edib.
Sürücünün bu kobud qayda pozuntuları hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb.
Həmin görüntüləri sizlərə təqdim edirik:

Mənbə: ypx.az