Həkimlər əməliyyat otağında niyə ağ yox, başqa rəng forma geyinirlər?

Həkimlər əməliyyat otağında niyə ağ yox, başqa rəng forma geyinirlər?

Əməliyyat otağındakı həkimlər niyə ağ deyil, yaşıl, yaxud mavi rəngli forma geyinirlər?

Axeber.az bildirir ki, hüquqşünas Gülbəniz Mustafayeva bu barədə maraqlı məlumat paylaşıb:

İlk vaxtlarda tibb işçilərinin hamısının geyimi ağ rəngdə olub. Lakin 1914-cü ildə nüfuzlu həkimlərdən biri bu rəngdən imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçdi.

Məsələ burasındadır ki, cərrah baxışlarını qanın tünd rəngindən həmkarlarının xalatına yönəldərkən ağappaq rəng bir neçə anlıq onu kor edə bilər. Eyni şeyi biz evdən çıxarkən günəşli havada qara baxanda yaşayırıq.

Bəs nə üçün bənövşəyi, ya sarı deyil, məhz yaşıl və mavi? Məsələ burasındadır ki, yaşıl və mavi rəng spektrində qırmızıya əksdir. Əməliyyat zamanı həkimlər məhz qana baxırlar.

Yaşıl və mavi rəng nəinki həkimlərin gözlərini aydınlaşdırır, həmçinin qırımızı rəngə qarşı daha həssas edir. Bu da əməliyyat zamanı səhv ehtimalını azaldır.

Mənbə: axeber.az