16 santimetrlik kəpənək görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR

16 santimetrlik kəpənək görənləri çaşqına çevirdi - MARAQLI...+ FOTOLAR

Türkiyənin Osmaniyə vilayətində görənləri çaşqına çevirən bir kəpənək növünə rast gəlinib.

Moderator.az xəbər verir ki, qanadlarının uzunluğu 16 santimetr olan tovuz kəpənəyi dağlıq ərazidə yaşayan bir sakinin evinin qapısında qonub.

Sözügedən vətəndaş böyüklüyü ilə yerli sakinləri çaşqına çevirən kəpənəyi yağış yağdığı üçün evinə gətirib. Kəpənəyi maraqla izləyən adam "Gecə saatlarında lampanın ışığına gələn dəvətsiz qonağımız gecəni bizim evdə keçirdi. Səhər oyananda getmədiyini gördük" deyib.

Kamran

 

Mənbə: moderator.az