Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb

Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb

Qərb bölgəsində ucqar kəndlərə yağış yağıb, dolu düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, günorta saatlarından başlayaraq bölgənin bəzi ucqar kəndlərində yağıntılı hava şəraiti müşahidə olunub.

Güclü yağış sonradan bir neçə dəqiqə dolu ilə əvəz olunub. Dolu Daşkəsən, Göygöl, Gədəbəy rayonlarının ucqar kəndlərində meyvə ağaclarına və əkin sahələrinə zərər vurub.

Hazırda bölgənin bəzi rayonlarında yağıntılı hava şəraiti davam edir.

Mənbə: report.az