Koronavirus peyvəndi insanlar üzərində sınanacaq - MARAQLI

Koronavirus peyvəndi insanlar üzərində sınanacaq - MARAQLI

İngiltərənin Səhiyyə Naziri Matt Hankok Oksford Universitetinin hazırladığı koronavirus peyvəndini bir neçə gün sonra insanlar üzərində sınaqdan keçirəcəklərini açıqlayıb.

Moderator.az xəbər verir ki, "Peyvənd tapmaq ən başlıca vəzifəmizdir" deyən Səhiyyə Naziri peyvəndi sınaqdan keçirəcəkləri üçün çox sevincli olduğunu, ancaq onları çox iş gözlədiyini dilə gətirib.

İngiltərənin peyvənd çalışmalarına digər ölkələrin ayırdığından daha çox miqdarda büdcə ayırdığını bildirən nazir "Bir peyvənd əldə edə bilmək üçün əlimizdəki her şeyi verəcəyimizdən əminəm" deyərək peyvənd çalışması üçün hökumətin 20 milyon pound ayırdığını söyləyib.

Mənbə: moderator.az