Dezinfeksiya işləri davam etdirilir - Lökbətan və sahil qəsəbələrində küçələr dezinfeksiya olunub

Dezinfeksiya işləri davam etdirilir - Lökbətan və sahil qəsəbələrində küçələr dezinfeksiya olunub

Koronovirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Qaradağ rayonunun Lökbətan və Sahil qəsəbələrində dizinfeksiya işləri aparılıb.

Qəsəbənin küçələri xüsusi dizinfeksiyaedici maddələrlə yuyulub. Dezinfeksiya işlərinə Bakı şəhər icra hakimiyyəti ilə yanaşı Daxili İşlər Nazirliyinin nəqliyyat vasitələri cəlb olunub. Həmçinin bu gün icra hakimiyyəti strukturlarının 100-dək əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında profilaktiki işlər aparılıb.

Qeyd edək ki, Qaradağ rayonunun digər qəsəbləri də mütamadi olaraq dizinfeksiya edilir.

Mənbə: www.atv.az