Braziliyada koronavirusa yoluxma halları ən yüksək templə artmaqdadır

Braziliyada koronavirusa yoluxma halları ən yüksək templə artmaqdadır

Braziliyada son sutka ərzində rekord sayda – 33 274 yeni koronavirus infeksiyasına yoluxma halları qeydə alınıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqladığı son statistik hesabatda qeyd olunub

Hazırkı rəqəm ardıcıl olaraq üç gündə müşahidə olunan rekord sayda yoluxma hallarının ən yüksək göstəricisidir (cümə axşamı 26 417, cümə günü 26 928). İnfeksiyanın diaqnostikası zamanı pozitiv nəticələnən testlərin ümumi sayı isə 498 440-dır.

Son sutkada virusdan ölüm sayı 956 nəfər artaraq, ümumilikdə 28 834 nəfərə çatıb. Bununla da Braziliya eyni diaqnozla ölüm hallarının sayına görə Fransanı keçib. Ölkədə 200 mindən çox koronaviruslu xəstə müalicə olunaraq sağalıb.

Nazirliyin statistikasına görə, ölkə əhalisinin 100 min nəfərindən 237,2-si virusa yoluxub, 13,7-si isə bu virusun qurbanına çevrilib. COVID-19 infeksiyasına yoluxanların arasında ölüm nisbəti 5,8%-dir.

Mənbə: apa.az