Kanadada irqçilik əleyhinə etiraz aksiyası keçirilib

Kanadada irqçilik əleyhinə etiraz aksiyası keçirilib

ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən saxlanılan afroamerikalının ölümündən sonra Kanadanın Toronto şəhərində də irqçilik əleyhinə etiraz aksiyaları keçirilib. Aksiyalarda bir neçə min nəfər insan iştirak edib.

APA xəbər verir ki, bu barədə “CBC” telekanalı məlumat yayıb.

Məlumata görə, aksiya dinc şəkildə baş tutub. Aksiya iştirakçıları əllərində irqçiliyə və polis zorakılığına qarşı şüarlar yazılmış plakatlarla dinc yürüş ediblər.

Nümayişçilərin təhlükəsizliyi çox sayda polis əməkdaşları tərəfindən təmin olunub.

Mənbə: apa.az