Millət vəkili hesabat verdi

Millət vəkili hesabat verdi

Anar Məmmədov: "May ayı ərzində 705 seçici problemi dinlədik"

Millət vəkili Anar Məmmədov may ayı ərzində sonuncu onlayn qəbul keçirib. "OLAYLAR" millət vəkilinə istinadən xəbər verir ki, qəbulda 30 - dan çox seçicinin müraciəti dinlənilib. Goranboy rayonu (Dəliməmmədli şəhəri, Borsunlu, Veyisli, Xoylu, Muzdurlar, Nadirkənd, Faxralı, Rəhimli, Qurbanzadə, Bağçakürd, Yolqular, Qarqucaq, Quşçular, Səmədabad kəndləri, Qazanbulaq qəsəbəsi) və Naftalan şəhərindən məşğulluq, torpaq, kommunal, abadlaşdırma və sağlamlıq sahələri üzrə müraciətlər üstünlük təşkil edib. Vətəndaşların müraciətlərinin bir hissəsi araşdırılmaq üçün nəzarətə götürülüb, digər hissəsinin həlli üçün isə müvafiq hüquqi yardımların göstəriləcəyi və lazımı orqanlara yazılı şəkildə müraciət olunacağı bildirilib.

Anar Məmmədov qeyd edib ki, may ayı ərzində seçicilərlə 3 onlayn event ( 69 nəfər qeydiyyatdan keçib), 3 onlayn qəbul (ümumilikdə 108 nəfər) , seçicilərlə 3 telefon danışığı ( cəmi 42 nəfər ) baş tutub: "Ramazan bayramı münasibətilə 466 - dan çox ailəyə bayram sovqatı göndərdik, kənd ağsaqqallarının və ziyalılarının iştirakı ilə iftar süfrəsi təşkil etdik. Ümumilikdə may ayı ərzində 705 seçici problemi dinlədik. Bir daha bütün seçicilərimizə səslənərək bildirirəm ki, sizinlə görüşlərimiz davamlı olaraq keçiriləcək və sizlərin heç bir müraciəti cavabsız qalmıyacaq. Daha Güclü Azərbaycan Naminə yorulmadan əzmlə yola davam".

Mənbə: olaylar.az