Yaponiyanın Hokkaydo adasının sahillərində 5,8 bal gücündə zəlzələ olub

Yaponiyanın Hokkaydo adasının sahillərində 5,8 bal gücündə zəlzələ olub

Tokio, 31 may, AZƏRTAC

Mayın 31-də, şənbə günündən bazar gününə keçən gecə Yaponiyanın Hokkaydo adasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Tokati dairəsinin yaxınlığında, ocağı okeanın dindən 90 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

AZERTAG.AZ :Yaponiyanın Hokkaydo adasının sahillərində 5,8 bal gücündə zəlzələ olub

Mənbə: azertag.az