Ermənistanın əsas “paltaryuyanı” və ya antikorrupsiya tədbirlərinin korrupsiya nəticələri – I Hissə

Ermənistanın əsas “paltaryuyanı” və ya antikorrupsiya tədbirlərinin korrupsiya nəticələri – I Hissə

8 may 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi başa çatdı. Dəfələrlə olduğu kimi, bu da antikorrupsiya şüarları altında həyata keçirilib. İki il keçdi və “inqilabçılar”ın nəyə nail olduqları və verdikləri vədləri necə yerinə yetirdiklərinə nəzər salmaq maraqlıdır. Paşinyan ölkənin işgüzar elitasının nümayəndələrinə, keçmiş rəhbərliyə və Rusiya aktivlərinə qarşı kampaniya başlatdı. “Hraparak” nəşri yazır ki, bütün bu hərəkətlər Ermənistana koronavirusun yaratdığı iqtisadi durğunluq səbəbindən çökməyə başlayan iqtisadiyyatı xilas etmək üçün bu cür çətin günlərdə “oğurlanmış pulları geri qaytarmaq” mübarizəsi olaraq təqdim olunur.
“Keçən il etdiyi çıxışların birində Paşinyan oliqarxları “asfalta uzatmağı” və oğurladıqlarını geri qaytaracağını vəd etmişdi. Və geri qaytardı, rəsmi məlumatlara görə, antikorrupsiya siyasəti nəticəsində dövlət büdcəsinə 80 milyon dollar geri qaytarıldı. Buna baxmayaraq, Serj Sarkisyanın prezidentliyi dövründə kölgə iqtisadiyyatının 40%-dən az olmadığı, yəni illik 400 milyon dollar xalis korrupsiya gəliri olduğu söylənmişdi.
Bu rəqəmi Sarkisyanın 10 illik prezidentliyi dövrünü nəzərə alaraq, sadə vurma cədvəlinə əməl etsək 4 milyard dollar əldə edə bilərik. Aydın göründüyü kimi, Nikol Paşinyanın açıqladığı 80 milyon dollardan çox uzaqdır. Sual yaranır, oliqarxlardan götürülən əsas pullar haradadır?”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az