Deputat Yasamal gecələrindən fotolar paylaşdı

Deputat Yasamal gecələrindən fotolar paylaşdı

“Şəkillərdə gördüyünüz Nabat Aşurbəyova küçəsidir, əvvəlki Mustafa Sübhi küçəsi. Küçənin adı rəsmi qaydada dəyişib və sənədləşmə işlərində N.Aşurbəyova gedir. Ancaq küçədəki lövhələrdə hələ M.Sübhi olaraq qalır”.

“Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə paylaşdığı fotolara millət vəkili Elnur Allahverdiyev yazıb. O, Yasamaldan çəkdiyi şəkilləri Feysbukda yayaraq bildirib:

“Bayır şəhərin ən uzun və çoxsakinli küçələrindən biridir. Bir neçə ay bundan əvvəl buralar gecə qaranlıq olur, dalanlar göz-gözü görməyən zülmətə bürünürdü. İndi isə şəkillərdən gördüyümüz kimi işıqlı.

N.Aşurbəyova küçəsinin işıqlandırılması məsələsini seçkiqabağı təşviqat kampaniyası dövründə keçirdiyimiz görüşdə sakinlər qaldırmışdılar. Söz vermişdik ki, problemin həllinə çalışacağıq. Burada da Zülfi Adıgözəlov küçəsində olduğu kimi xeyli müddətdir küçə işıqlandırılmırdı. Gecələr hərəkət çətinləşir, uşaqlar və qadınların qaranlıqda küçəyə çıxması çətin olurdu.

Artıq xoş ənənəyə çevrilib: problemlərin həlli üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edirik, sağ olsunlar, operativ həllinə çalışırlar. Bu dəfə də belə oldu: Z.Adıgözəlov küçəsi ilə birlikdə N.Aşurbəyova küçəsinə də Yasamal İH və "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən baxış keçirildi və problemin həllinə qərar verildi. Hazırda küçə enerjiyə qənaət edən LED çıraqlarla işıqlandırılır”.

Mənbə: yenisabah.az