Koronavirus riski sevmir – Əbülfət MƏHƏRRƏMLİ yazır

Koronavirus riski sevmir – Əbülfət MƏHƏRRƏMLİ yazır

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN media üçün.

COVİD-19 koronavirus pandemiyası dünya üçün çox ağır bir bəlaya çevrilib. Planetin ən qüdrətli dövlətləri belə təhlükəli infeksiyanın qarşısında aciz qalıb. Ötən beş ay ərzində virusa yoluxanların sayı 6 milyon nəfərə yaxınlaşıb, ölənlərin sayı 355 mini keçib. Pandemiya bəşəriyyətin başının üstünü alanda ölkəmizdə infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısını almaqdan ötrü Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun təsirli tədbirlər həyata keçirilməyə başlandı. Ancaq təəssüflər olsun ki, təhlükəli virusa qarşı peyvənd hələ tapılmadığından yoluxanların dərman vasitələri ilə effektiv müalicəsi mümkün deyil.

Hər şeydən öncə onu qeydedim ki, ölkəmizdə ilk vaxtlardan həm də insanlar arasında geniş maarifləndirməişi aparılır, koronavirus infeksiyasına yoluxmamaq üçün karantin rejiminə, müəyyən olunmuş qaydalara ciddi riayət edilməsitələb olunur. Yəni ictimai yerlərdə yaxın ünsiyyətdən yayınma, tibbi maskalar vəəlcəklərdən istifadə, şəxsi gigiyenik qaydaların gözlənməsi hələlik mümkün olanqorunma vasitələri hesab olunur.

Pandemiyanın yayıldığıilkin dövrdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq ciddi məhdudiyyətlərqoyulsa da, son vaxtlar bir çox qadağalar yumşaldılır ki, bu da təbiidir. Məhdudiyyətlərdünya idtisadiyyatına ciddi zərbələr vurub və bu mənada Azərbaycan istisnadeyil. Qadağalar daim davam edə bilməz və ona görə ölkəmizdə elan olunmuşkarantin qaydalarına ciddi riayət etməklə yumşalmalar elan edilir.

31 may 2020-ci il saat00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismininaradan qaldırılmasına qərar verilib. Eyni zamandaNazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sosial məsafənigözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyanfərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləqqaydada istifadə edilməlidir.

Ancaq yenə təəssüflərolsun ki, vətəndaşların heç də hamısı problemin ciddiliyini dərk etmir və yaqulaq ardına vurur, karantin rejiminə və təklif olunan qorunma qaydalarına əməletmirlər. Küçədə, nəqliyyatda, digər ictimai yerlərdə adamların maskasız gəzdiyini,bir-birinə olduqca yaxın durduğunu, bir sözlə, virusa yoluxma təhlükəsiyaratdığını çox görürük. Ona görə həyata keçirilən tədbirlərə baxmayaraq ölkəmizdədə yoluxma halları getdikcə artmaqdadır.May ayının 30-da indiyədək rekord sayda – 257 insan koronavirusa yoluxub.

Belə bir məşhur deyim varki, suda boğulanın xilası ilk növbədə onun özündən asılıdır. Hamının ilk növbədəözünü, yaxınlarını və ətrafındakıları riskə, təhlükəyə atmaması üçün fərdiolaraq müəyyən edilmiş qorunma qaydalarına ciddi əməl etməsi zəruridir, çünkiinfeksiya ilə səmərəli mübarizə hər şeydən öncə insanların şüurluluğundan, şəxsiintizamından asılıdır. Yalnız sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyənedilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsihər birimizi təhlükəli virusdan qoruya bilər. Fərdlərin sağlamlığı isə həm də cəmiyyətinsağlamlığıdır.

Bir məsələ də bu gün, zənnimcə,yetərincə aktual olaraq qalır. İnsanlardan fərdi qaydada qadağalara riayət etməsihaqlı olaraq tələb edilsə də, fəaliyyətinə icazə verilmiş ayrı-ayrı müəssisə vətəşkilatlarda, qapalı yerlərdə məhdudiyyətlərəhəç də ciddi əməl edilmir. Daha çox yoluxma təhlükəsi də həmin yerlərdəyaranır. Məsələn, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatagörə, bəzi iaşə müəssisələrində, yas yerlərində sanitar-epidemioloji qaydalaravə metodiki göstərişlərə diqqət yetirilmir. Ona görə həmin təşkilatlara qarşı da tədbirlərinsərtləşdirilməsinə, nəzarətin artırılmasına, belə hesab edirəm ki, ehtiyac var.Yalnız hamının şüurlu şəkildə koronavirus infeksiyasına qarşı mübarizəsi səmərəverə bilər.

Mənbə: onn.az