Amerikalı alim "toyuq qripi" barədə ciddi düşünməyə çağırır

Amerikalı alim "toyuq qripi" barədə ciddi düşünməyə çağırır

Amerikalı alim Maykl Qreqer dünyanın daha bir təhlükəli virusla üz-üzə qala biləcəyi haqda proqnoz verib.

Moderator.az xəbər verir ki, söhbət H5N1 virusundan – "toyuq qripi"ndən gedir. Maykl Qreqer deyib ki, bu virus sürətlə insanlar arasında yayıla bilər.

Alim bildirib ki, müxtəlif dövrlərdə yayılan və epidemiyalara səbəb olan viruslar öz xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. H5N1 virusu zooloji xarakterlidir, heyvanlardan, daha çox toyuqlardan adamlara keçir. Bu virus bioloji mutasiyaya meyllidir, həmçinin ilk mərhələdə simtompsuz inkişaf edir. Maykl Qreqerin sözlərinə görə, ət məhsullarından, xüsusən qablaşdırılmış, kimyəvi qatışığı olan toyuq məhsullarından bol-bol istifadə edilən ölkələrdə H5N1 virusunun yayılma ehtimalı yüksəkdir.

Koronavirusun da heyvandan – yarasadan insanlara keçdiyini xatırladan alim hazırda H5N1 virusu, yəni "toyuq qripi" barədə ciddi düşünməyə çağırıb.

 

Mənbə: moderator.az